AZ

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu işə başlayır

Bu gün Bakıda Azərbaycan Respublikasının QHT Agentliyinin təşkilatçılığı və Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının tərəfdaşlığı ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu işə başlayır. “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində keçirilən forumda 8 ölkədən — Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstandan vətəndaş cəmiyyəti nümayəndələri iştirak edəcəklər.

QHT.az bildirir ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin I Həmrəylik Forumu 2025-ci il 23–26 noyabr tarixlərində Azərbaycan QHT Agentliyinin təşkilatçılığı ilə Bakı və Naxçıvanda keçirilib. Həmin forum çərçivəsində Türk Dövlətləri Təşkilatının tarixində xüsusi rəmzi və mənəvi əhəmiyyət daşıyan, təşkilatın 2009-cu il tarixli “Naxçıvan Sazişi” ilə adını daşıyan Naxçıvan şəhərində üzv ölkələrin QHT Platforması təsis olunub. Bu təşəbbüs forumun mühüm və qalıcı irsi hesab edilir. Platformaya rəhbərlik isə Türk Dövlətləri Təşkilatının hazırkı sədri qismində Azərbaycana həvalə olunub.

Eyni zamanda, I Forum çərçivəsində Naxçıvanda “WUF13-ə doğru – Türk dünyasında ilk” adlı panel müzakirələri də təşkil edilib.

II Həmrəylik Forumu çərçivəsində ilk dəfə olaraq Azərbaycan–Qırğızıstan, Azərbaycan–Türkmənistan və Azərbaycan–Şimali Kipr QHT-lərinin I Əməkdaşlıq Forumları keçiriləcək.

Bundan əvvəl isə:
– 19 may 2022-ci ildə Azərbaycan–Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu,
– 27 noyabr 2023-cü ildə Füzulidə Azərbaycan–Özbəkistan QHT-lərinin Əməkdaşlıq Forumu,
– 5 dekabr 2024-cü ildə Daşkənddə Özbəkistan–Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu,
– 24 noyabr 2025-ci ildə Bakıda Azərbaycan–Qazaxıstan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib.

Bu forumlar Türk dünyası QHT-lərinin BMT və digər beynəlxalq təsisatlar çərçivəsində birgə və koordinasiyalı fəaliyyətinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, son 7 ay ərzində artıq ikinci dəfədir Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT nümayəndələri Azərbaycanda bir araya gəlirlər.

Seçilən
39
30
qht.az

10Mənbələr