AZ

Sabah hava necə olacaq?

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Mayın 17-də gözlənilən hava şəraiti açıqlanıb.

525.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 14-16° isti, gündüz 17-21° isti olacaq.Atmosfer təzyiqi 752 mm civə sütunu, nisbi rütubət isə 75-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 21-26° isti, dağlarda gecə 4-9° isti, gündüz 12-17°, bəzi yerlərdə 20-22° isti olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
49
525.az

10Mənbələr