Bakı, 17 may, AZƏRTAC
Bosniya və Herseqovinanın Nazirlər Şurasının sədr müavini, xarici ticarət və iqtisadi əlaqələr naziri Staşa Koşaraç BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycan Respublikasına səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı rəsmi şəxslər qarşılayıblar.
Müxbir - Ceyhun Xəlilov
Fotoqraf - Orxan Kərimov