
Azərbaycan Prezidenti İlham Əliyevə Kiyev Milli İnşaat və Memarlıq Universitetinin Fəxri doktoru adı verilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Kiyev Milli İnşaat və Memarlıq Universitetinin rektoru Elm və Təhsil Nazirliyində olub.
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək üçün Azərbaycanda səfərdə olan Ukraynanın Kiyev Milli İnşaat və Memarlıq Universitetinin nümayəndə heyəti ilə Elm və Təhsil Nazirliyində görüş keçirilib.
Görüş zamanı universitetin rektoru Oleksiy Dniprov bildirib ki, ali təhsil müəssisəsinin Akademik Şurasının qərarı ilə Azərbaycan Prezidenti İlham Əliyevə Kiyev Milli İnşaat və Memarlıq Universitetinin Fəxri doktoru adı verilib.
Rektor qeyd edib ki, dövlət başçısı Azərbaycanda müasir təhsilin, elmin və şəhərsalma sahəsinin inkişafına verdiyi töhfələrə, eyni zamanda Ukrayna–Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylərə görə bu yüksək adla təltif olunub. Rektor Oleksiy Dniprov tərəfindən Fəxri doktor diplomu elm və təhsil nazirinin müavininə təqdim edilib.