BAKI,TurkicWorld
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Administrasiyasının rəhbəri Şeyx Mansur bin Zayed Al Nəhyan Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
TurkicWorld xəbər verir ki, məktubda deyilir:
"Azərbaycanın Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluğumu ifadə edirəm.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan Hökumətinə və dost Azərbaycan xalqına tərəqqi və rifah arzulayıram.
Zati-alinizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".