AZ

Vaşinqton və Tehran İran uranının utilizasiyası məsələsini həll etməlidir - Rubio

Vaşinqton və Tehran İran uranının utilizasiyası məsələsini həll etməlidir - Rubio

Amerika Birləşmiş Ştatları İranın zənginləşdirilmiş uranının utilizasiya olunması tələbini müdafiə etməyə davam edir.

AFN.az xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Marko Rubio təsdiqləyib.

"Zənginləşdirilmiş uran və onun utilizasiyası məsələsi ilə məşğul olmaq lazımdır. Və əlbəttə ki, gələcəkdə uranın zənginləşdirilməsi məsələsinə də baxılmalıdır", - deyə o, İsveçdə keçirilən NATO xarici işlər nazirlərinin iclası çərçivəsində jurnalistlərə açıqlamasında İranla dialoqun gedişatını şərh edərkən bildirib.

Eyni zamanda Rubio xatırladıb ki, Vaşinqtonun qiymətləndirməsinə görə, Tehranla diplomatik prosesdə irəliləyiş var. "Müəyyən tərəqqi mövcuddur. Mən bunu nə şişirdərdim, nə də kiçildərdim. Bu, yaxşı əlamətdir, lakin hələ görüləsi bir az da iş var", - deyə Dövlət katibi vurğulayıb.

Seçilən
42
28
afn.az

10Mənbələr