Moderator.az saytından alınan məlumata görə, ain.az bildirir.
"Azərbaycan tamaşaçısı mənim qeyri-adiliklərimə hazır deyildi. Amma çox sevinirəm ki, onları əhilləşdirdim. Deyirlər, heyvanı əhilləşdirəndən sonra sirkdə onunla ünsiyyətdə ola bilərsən. Yəni heyvan səni parçalaya da bilər. Əhilləşdirirsən, səni parçalamır".
Moderator.az Bizim.Media-ya istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan deyib.
Müğənni şeirlərini tənqid edənlərdən danışıb:
"Mən isə vəhşi oxucuların içinə girə bildim. Onlar məni başa düşdülər, fanatlarıma çevrildilər, şeirlərimə vaxt sərf edib səhnəciklər qurdular. Hələ də onun fəlsəfəsini açırlar.
Pandemiya dövründə şeirlərim bir çox insanı stresdən, depressiyadan, intihardan, xəstəlikdən xilas etdi. Bunu özləri etiraf edirdilər. Evimə gəlib kitabımı istəyiblər. İndi də istəyənlər var".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.