Azərbaycan tamaşaçısı mənim qeyri-adiliklərimə hazır deyildi. Amma çox sevinirəm ki, onları əhilləşdirdim...
Poliqon axşam.az portalına istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Elza Seyidcahan deyib.
Öz oxucularını sirk heyvanları ilə müqayisə edən müğənni bildirib ki, onun “əhilləşmiş” oxucuları artıq onunla ünsiyyətdə ola bilirlər.
“Deyirlər, heyvanı əhilləşdirəndən sonra sirkdə “manej”də onunla ünsiyyətdə ola bilərsən. Yəni heyvan səni parçalaya da bilər. Əhilləşdirirsən, səni parçalamır”, deyə Elza Seyidcahanlı qeyd edib.
Müğənni şeirlərini tənqid edənlərdən danışıb.
“Mən vəhşi oxucuların içinə girə bildim. Onlar məni başa düşdülər, fanatlarıma çevrildilər, şeirlərimə vaxt sərf edib səhnəciklər qurdular. Hələ də onun fəlsəfəsini açırlar. Pandemiya dövründə şeirlərim bir çox insanı stressdən, depressiyadan, intihardan, xəstəlikdən xilas etdi. Bunu özləri etiraf edirdi. Evimə gəlib kitabımı istəyiblər. İndi də istəyənlər var”, deyə əmıkdar artist əlavə edib.
Poliqon.info