AZ

Barro: İsrailin milli təhlükəsizlik nazirinin Fransaya girişi qadağan edilib

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin mayın 23-dən Fransa ərazisinə girişi qadağan edilib.

"Report"un məlumatına görə, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro "X" hesabında bildirib.

"Bu gündən etibarən İtamar Ben-Qvirin Fransa ərazisinə girişi qadağan edilib. Bu qərar onun "Global Smud" flotiliyasının sərnişinləri olan Fransa və Avropa vətəndaşlarına qarşı yolverilməz hərəkətlərindən sonra qəbul edilib. Biz Fransa vətəndaşlarının xüsusilə vəzifəli şəxs tərəfindən bu cür təhdidlərə və ya zorakılığa məruz qalmasına dözə bilmərik" - Barro qeyd edib.

Seçilən
28
12
far.az

10Mənbələr