ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Ucarda yol qəzası olub, ölən var. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Ucar-Zərdab avtomobil yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində baş verib. Qazyan kənd sakini, 1959-cu il təvəllüdlü Xanlar Abdullayevin idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə Mingəçevir şəhər sakini, 1989-cu il təvəllüdlü Turan Hüseynovun idarə etdiyi "Mercedes sprinter" markalı maşın toqquşub. Nəticədə "VAZ 2107"-nin sürücüsü hadisə yerində həyatını itirib. Fakt araşdırılır.


Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.