VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının dördüncü günündə Bizim.Media-nın masasında Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair Fatma Məhəmmədqızının oxucularla görüşü keçirilib.
Bizim.Media xəbər verir ki, şairin əsərləri, əsasən, məhəbbət mövzularına həsr olunub.
MÖVZU İLƏ BAĞLI:
Yazıçı Zərifə Zərrinin kitabları oxucularına TƏQDİM olundu - FOTO
Fatma Məhəmmədqızı saytımıza bildirib ki, dostları onu "məhəbbət şairi" adlandırırlar.
Bundan başqa, müəllifin vətən, vətən uğrunda canından keçən, şəhid olanlara həsr etdiyi əsərləri də işıq üzü görüb. Şairin sayca 4-cü kitabı olan "Zəfər ətirlidir Azərbaycanım" adlı kitabı 44 günlük Vətən müharibəsində şəhid olanların xatirəsinə həsr olunub.
Müəllif onunla görüşə gələn oxucuları üçün hələ çapdan çıxmamış "Gəl, ay dərdim" şeirini səsləndirib.
Fatma Məhəmməd ədəbi yaradıcılığa gənc yaşlarından başlayıb. “Telli Sənəm” ədəbi-bədii, publisist jurnalının əməkdaşıdır. “Qızıl qələm” media laureatı mükafatçısıdır.
Xatırladaq ki, VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində davam edir.
Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.


Günay Şahmar, İntiqam İbrahimov, Bizim.Media