AZ

3-cü dəfə İTV-nin baş direktoru seçildi

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yeni baş direktoru müəyyənləşib.

Yenilik.az APA-ya istinadən xəbər verir ki, Yayım Şurasının 8 üzvünün yekdil səsverməsi ilə Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib.
B.Qasımov bu gün Audiovizual Şurada keçirilən İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının iclasında səsvermə yolu ilə seçilib.
İclasda Yayım Şurasının üzvləri, namizədlər və Audiovizual Şuranın təmsilçiləri müşahidəçi qismində iştirak edib. Müsabiqə 11 nəfər iddiaçı arasında aparılıb.
Qeyd edək ki, “İctimai televiziya və radio yayımı haqqında” Qanunun 20-ci maddəsinə görə Yayım Şurasının 9 üzvündən ən azı 6-nın səsini alan iddiaçı baş direktor seçkisini qazanır.
Xatırladaq ki, baş direktor Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir.
Seçilən
0
43
yenilik.az

10Mənbələr