AZ

Sabah Suraxanının bəzi ərazilərində qaz olmayacaq

Sabah Bakının Suraxanı rayonunun bəzi küçələrində təbii qazın verilməsi müvəqqəti dayandırılacaq.

 

Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

 

Bildirilib ki, təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar mayın 26-da saat 10:00-dan işlər yekunlaşanadək Suraxanı rayonunun Mərkəzi və S.Əliyev küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Tarix: 25 May 2026, 17:28   
Seçilən
0
32
pravda.az

10Mənbələr