AZ

Ağsuda oğurluq edən şəxs həbs olunub

Bakı, 27 may, AZƏRTAC

Ağsu rayonunda evlərdən silsilə oğurluqlar edilib. Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisələri törətməkdə təqsirli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 35 yaşlı Teymur Rəhimov müəyyən edilərək saxlanılıb.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib

Bildirilib ki, faktlarla bağlı cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə T. Rəhimov barəsində həbs qətimkan tədbiri seçilib.

Seçilən
30
1
azertag.az

10Mənbələr