AZ

“Şimal” “Qaradağ”a qalib gəldi, Birinci Liqada qaldı – ARENA.AZ

Bu gün “Şimal” və “Qaradağ Lökbatan” komandaları Birinci Liqada çıxış etmək uğrunda pley-off matçında üz-üzə gəliblər.

Arena.az xəbər verir ki, Şamaxıda baş tutmuş həlledici oyunu Kamal Umudlu idarə edib.

Xatırladaq ki, “Şimal” cari mövsümdə Birinci Liqanı 11-ci, “Qaradağ Lökbatan” isə İkinci Liqanı 2-ci pillədə başa vurmuşdu. Bu komandaların həlledici görüşündə hesabı Qaradağ təmsilçisi açsa da, sonradan iki qol buraxmaqla məğlub olub. Nəticədə, “Şimal” Birinci Liqadakı yerini qoruyub, “Qaradağ Lökbatan” isə növbəti mövsümdə yenə İkinci Liqada mübarizə aparacaq.

Birinci Liqaya vəsiqə uğrunda pley-off oyunu
27 may

“Şimal” – “Qaradağ Lökbatan” 2:1
Qollar: Rüstəm Hümbətov, 85. Rəvan Abasov, 90+3 –
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Elvin Bayramov.
VAR: Fərid Hacıyev.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Şamaxı şəhər stadionu, 16:00.

Şimal: 27. Elmar Əzizov, 4. Elnur İbrahimov, 22. Şirin Şirinov (k), 2. Nemət Şıxamirov, 71. Cavanşir Şahbazlı, 28. Nurlan Bayramov, 7. Ange Donald Qla, 8. Pirverdi Seyidov, 77. Ceyhun Kəlbəliyev, 11. Niyazi Osmanov, 23. Sebai Senin.
Ehtiyat oyunçular: 1. Natiq Daşdəmirli, 18. Tural Cəlilov, 14. Sabir Əlişan, 16. Amil Məmmədov, 9. Elşad Əliyev, 26. Gülalı Mehrəliyev, 70. Rəvan Abasov, 6. Rüstəm Hümbətov, 21. Elgün Sadıqlı, 88. Arzu Mədətov.
Məşqçi: Mehman Səfərov.

Qaradağ Lökbatan: 1. Rafiq Kərimov, 6. İsa Zeynallı, 3. Nicat Əskərov, 14. Fərid Abbaslı (k), 4. Vüsal Hüseynov, 8. Ramil Orucov, 10. Emil Quluzadə, 22. İlkin Əliyev, 48. Ayaz Mikayılov, 77. Hakan Həsənov, 33. İlham Hüseynov.
Ehtiyat oyunçular: 90. Fərman Bayramov, 27. Sabir Allahquliyev, 9. Rövşən Şahmuradov, 11. Rəhman Quliyev, 70. Cavid Quliyev, 15. Vüsal Alızadə, 21. Tural Axvrediyev, 88. İbrahim Ağayarov.
Baş məşqçi: Qəzənfər Abbasov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin:
Seçilən
105
11
arena.az

10Mənbələr