AZ

Minifutbol millimiz Avstriya ilə üz-üzə – ARENA.AZ

Slovakiyanın paytaxtı Bratislava şəhərində təşkil edilmiş minifutbol üzrə Avropa çempionatı (AÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, minifutbol üzrə Azərbaycan millisi də bu gün qitə birinciliyində mübarizəyə başlayacaq.

Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupu çərçivəsindəki ilk oyununda Avstriya yığması ilə üz-üzə gələcək. “Tipos Arena”da baş tutacaq bu matça Bakı vaxtı ilə saat 15:30-da start veriləcək.

Xatırladaq ki, Azərbaycan milli komandası F qrupunda İtaliya və Fransa yığmaları ilə də münasibətlərə aydınlıq gətirəcək. İtaliya ilə oyun mayın 29-da, fransızlarla görüş isə mayın 30-da baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin:
Seçilən
35
6
arena.az

10Mənbələr