AZ

Millimiz Avropa çempionatında ilk oyununu keçirəcək

Minifutbol üzrə Azərbaycan millisi bu gün Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında mübarizəyə başlanacaq.

Bizim.Media xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupunda ilk oyununda Avstriya yığması ilə üz-üzə gələcək.

“Tipos Arena”dakı matç Bakı vaxtı ilə saat 15:30-da start götürəcək.

Xatırladaq ki, Azərbaycan millisi mayın 29-da İtaliya, mayın 30-da Fransa ilə münasibətlərə aydınlıq gətirəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
37
11
bizim.media

10Mənbələr