AZ

Dövlət Sərhəd Xidmətində Müstəqillik Gününə həsr olunmuş tədbirlər təşkil edilib

Dövlət Sərhəd Xidmətinin aparatında, struktur qurumlarında və hərbi hissələrində 28 May - Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilib.

“İki sahil” xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Bildirilib ki, İstiqlal Bəyannaməsinin imzalanması ilə müstəqilliyini dünyaya bəyan etmiş cümhuriyyətimiz cəmi 23 ay mövcud olmasına baxmayaraq, müsəlman Şərqində ilk parlamentli respublika kimi demokratik idarəetmə quruluşuna malik olmuş, qadınlara seçki hüququ verilmiş, milli ordu, təhsil və məhkəmə sistemi yaradılmış, dövlət atributları formalaşdırılmış, Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ olmaqla bərabər, xalqımızın azadlıq iradəsinin parlaq təcəssümünə çevrilmişdir.

Tədbirlərdə 1991-ci ildə müstəqilliyinə yenidən qovuşmuş dövlətimizin ötən dövr ərzində mürəkkəb inkişaf yoluna nəzər salınıb, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimizin qorunub saxlanmasında və inkişaf etdirilməsində misilsiz xidmətlərindən danışılıb.

Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, sərhədlərimizin etibarlı mühafizəsi və müdafiəsi istiqamətində əldə edilmiş mühüm nailiyyətlərdən bəhs olunub, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpasının tarixi əhəmiyyəti şəxsi heyətin diqqətinə çatdırılıb.

Tədbirlərin sonunda Müstəqillik Gününə həsr edilmiş sənədli filmlər nümayiş etdirilib.

Seçilən
21
50
ikisahil.az

10Mənbələr