AZ

"Axios": ABŞ və İran anlaşma memorandumu ilə bağlı razılığa gəliblər

ABŞ və İran atəşkəsin 60 gün müddətinə uzadılması və Tehranın nüvə proqramı ilə bağlı danışıqlara başlanmasını nəzərdə tutan anlaşma memorandumu üzrə ilkin razılığa gəliblər.Bu barədə “Axios” portalı məlumat yayıb.

Məlumata görə, sənəd hələ ABŞ Prezidenti Donald Tramp tərəfindən yekun təsdiqlənməyib.

“ABŞ və İran anlaşma memorandumu üzrə razılığa gəliblər. Lakin Prezident Donald Tramp hələ yekun qərar verməyib. O, vasitəçilərə bildirib ki, sənədi nəzərdən keçirmək üçün bir neçə günə ehtiyacı var”, – “Axios” vasitəçilik prosesində iştirak edən iki yüksəkvəzifəli ABŞ rəsmisinə və regional mənbəyə istinadən yazıb.

Memoranduma əsasən, İran uranın zənginləşdirilməsi və ehtiyatları ilə bağlı məsələlərin danışıqlar yolu ilə həllini öhdəsinə götürür. Bundan başqa, Tehran 30 gün ərzində Hörmüz boğazında yerləşdirilmiş minaların təmizlənməsini təmin etməlidir.

ABŞ isə İranın dondurulmuş aktivlərinin azad edilməsi və sanksiyaların yumşaldılması məsələsinin müzakirəsinə başlamağı öhdəsinə götürür.

Məlumata görə, Vaşinqtonun tətbiq etdiyi blokadanın mərhələli şəkildə ləğvi Hörmüz boğazında gəmiçiliyin tam bərpası ilə paralel həyata keçiriləcək.

Seçilən
25
50
anews.az

10Mənbələr