AZ

UEFA Çempionlar Liqasının qalibi məlum olub

UEFA Çempionlar Liqasının qalibi müəyyənləşib.

Azreform.info xəbər verir ki, həlledici görüşdə PSJ ilə "Arsenal" üz-üzə gəlib.

Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da baş tutan matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib - 1:1.

Hesabı 6-cı dəqiqədə "topçular"ın heyətində Kay Haverst açıb. Matçın 65-ci dəqiqəsində Usman Dembele penalti zərbəsindən hesabı bərabərləşdirib.

Hər biri 15 dəqiqədən ibarət əlavə iki hissədə qalib müəyyənləşmədiyindən.

Qeyd edək ki, PSJ tarixində 3-cü dəfə UEFA Çempionlar Liqasının finalında iştirak edib. 2020-ci ildə həlledici qarşılaşmada Almaniyanın "Bavariya" komandasına uduzan (0:1) Fransa təmsilçisi ötən mövsüm "İnter"i (İtaliya) 5:0 hesabı ilə məğlub edərək turnirin qalibi adını qazanıb.

Sonuncu dəfə 2006-cı ildə finala yüksəlmiş "Arsenal" isə bu titulu ilk dəfə qazanmaq üçün mübarizə aparıb. Premyer Liqa təmsilçisi 20 il öncəki matçda "Barselona"ya (İspaniya) 1:2 hesabı ilə məğlub olub.

PSJ və Arsenal UEFA turnirlərində ümumilikdə 8 dəfə üz-üzə gəliblər.

***

UEFA Çempionlar Liqasında mövsümün son və ən vacib qarşılaşması keçirilir.

Azreform.info ” xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq final oyununda son çempion PSJ ilə tarixində ilk dəfə Çempionlar Liqasının kubokunu qazanmaq arzusunda olan “Arsenal” üz-üzə gəlir.

Hər iki komanda mövsümü möhtəşəm nəticə ilə başa vurmaq üçün meydana çıxıblar.

PSJ: 39. Matvey Safonov, 2. Əşrəf Hakimi, 5. Markinyos (k), 51. Villian Paço, 25. Nunu Mendeş, 87. Joau Neveş, 17. Vitinya, 8. Fabian Ruis, 14. Desire Due, 7. Xviça Kvaratsxeliya, 10. Usman Dembele

Baş məşqçi: Luis Enrike

“Arsenal”: 1. David Raya, 5. Pyero İnkapye, 6. Qabriel Maqalyaes, 3. Villiam Saliba, 3. Kristian Moskera, 49. Mayls Lyuis-Skelli, 41. Deklan Rays, 8. Martin Edeqor (k), 19. Leandro Trossard, 7. Bukayo Saka, 29. Kay Haverts

Baş məşqçi: Mekel Arteta

Seçilən
34
4
azreform.info

10Mənbələr