AZ

Alveş həbsxanadan qurtuldu

Gözlənildiyi kimi, Daniel Alveş azadlığa çıxıb.

"Football-plus.az" xəbər verir ki, qərar müvəqqəti xarakter daşıyır. Braziliya millisinin sabiq müdafiəçisi zaminə buraxılıb. “Marca” qəzetinin məlumatına görə, onun vəkilləri 1 milyon avro məbləğində girov qoyublar. Nəticədə Daniel 14 ay həbsdə qaldıqdan sonra növbəti apellyasiya şikayətinə baxılmasına qədər zərərçəkəndən uzaq durmaq və ölkəni tərk etməmək şərti ilə zaminə buraxılıb. Daha əvvəl Alveşin ailəsinin məhkəmənin tələb etdiyi 1 milyon avronu ödəmək məqsədi ilə borc və kredit üçün müraciətlər etdiyi bildirilmişdi.

Xatırladaq ki, 40 yaşlı Alveş ötən ilin yanvarında Barselonadakı “Sutton” gecə klubunda bir qıza təcavüz etməkdə ittiham olunub. Yanvarın 20-də futbolçu nəzarətə götürülüb. Sonra 4,5 il həbs cəzasına məhkum edilib. Həmçinin mənəvi təzminat olaraq Alveşin zərərçəkənə 150 min avro ödəməsi tələb olunub. Eyni zamanda İspaniya prokurorluğu onun daha uzun müddət həbsdə qalmağa layiq olduğunu düşünərək məhkəmənin qərarından apellyasiya şikayəti verməyi planlaşdırıb.

Seçilən
269
50
football-plus.az

10Mənbələr