AZ

Qazaxda narkotacir saxlanıldı - FOTO 

Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə narkotik vasitələr satmaqda şübhəli bilinən Ağstafa rayon sakini Şöhrət Orucov saxlanılıb. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib. 

Onun əlindəki çantadan 3 kiloqram marixuana, həşiş, tiryək və bir ədəd elektron tərəzi aşkar olunub. 

Araşdırmalarla müəyyən edilib ki, Ş.Orucov narkotikləri öz istifadəsi və satış üçün əldə edib. Saxlanılan şəxs kuryer fəaliyyətini pul müqabilində həyata keçirdiyini bildirib. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 








Bizim.Media

Seçilən
242
50
bizim.media

10Mənbələr