Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmanla energetika nazirinin müavinlərinin sayı artırılıb.
Belə ki, nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavinlərinin sayı 3-dən 4-ə qaldırılıb.