AZ

Sumqayıtda keçmiş məhkum silahla saxlanıldı

Sumqayıt şəhərində keçmiş məhkumda silah aşkarlanıb.
Ednews xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunan, Lənkəran şəhər sakini, 1983-cü il təvəllüdlü Kələntərov Rahim Səxavət oğlunun üzərindən “Walter” markalı tapança və həmin tapançaya aid 1 ədəd boş sandıqca aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Seçilən
380
35
ednews.net

10Mənbələr