AZ

Yaxşı yatmayanlara bəd xəbər

Keyfiyyətli yuxu yaxşı fiziki forma saxlamağa kömək edir.

Cebhe.info xəbər verir ki, bunu tibb elmləri doktoru terapevt və dietoloq Marqarita Koroleva deyib.

Onun sözlərinə görə, istirahət etməmək artıq çəki artımına səbəb ola bilər. Məsələ burasındadır ki, insan gecələr kifayət qədər yatmazsa, onun orqanizmində stress hormonu olan kortizolun səviyyəsi artır. Bu səbəbdən onun əlavə enerjiyə ehtiyacı olur. "Bu halda insan tez-tez və çox yeyəcək və kökələcək",- deyə Koroleva "Moskva 24" telekanalına müsahibəsində yuxu zamanı bədənin kalori yandırdığını vurğulayıb.

Belə ki, dietoloq kökəlmək istəməyənlərə  kifayət qədər yatmağı məsləhət görüb: “Yalnız arıqlama və yağ yandırma prosesi deyil, həm də əzələ kütləsinin sintezi və beyin hüceyrələrinin detoksifikasiyası var”. 

Seçilən
432
39
cebheinfo.az

10Mənbələr