AZ

İrakli Qaribaşvili: Rəsmi Tbilisi Ermənistan-Azərbaycan münasibətlərində neytrallığı qoruyur

İrakli

Tbilisi, 10 noyabr, AZƏRTAC

Rəsmi Tbilisi Ermənistan-Azərbaycan münasibətlərində neytrallığı qoruyur və tərəf tuta bilməz.

AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Paris Sülh Forumunun panel müzakirəsində deyib.

Onun sözlərinə görə, Gürcüstan hər iki ölkə ilə dostluq əlaqələrinə malikdir. Bu səbəbdən də Gürcüstan 100 faiz neytrallıq nümayiş etdirir.

Baş nazir deyib: "Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlıq əlaqələri, dostluq əlaqələri var. Biz, həmçinin Ermənistanla dostluq əlaqələrinə malikik. Gürcüstan qərəzli ola bilməz, biz 100 faiz neytralıq və bu vəziyyətdə heç bir tərəfi tuta bilmərik”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
484
8
azertag.az

10Mənbələr