Çorumda silahla havaya atəş açan uşaq polis tərəfindən tutularaq nəzarətə götürülüb.
BiG.AZ xəbər verir ki, Bahçelievler məhəlləsində naməlum uşaq küçədə havaya atəş açmağa başlayıb.
Silah səslərini eşidən vətəndaşların polisə məlumat verib. Hadisə yerinə çox sayda polis qrupları sövq edilib. Polis qruplarını görən uşaq silahı yerə ataraq qaçmağa başlayıb. Qısa müddət ərzində uşaq tutularaq nəzarətə götürülüb.
Faktla bağlı istintaq hələ də davam edir.
BiG.Az