AZ

"Onlayn şahmat oynayanda soruşurlar ki, sən həqiqi Salahsan"

style='margin-bottom:10px;'>

"Liverpul"un hücumçusu Məhəmməd Salahın şahmata böyuk marağı var.

Qol.az xəbər verir ki, bu barədə misirli futbolçu "Sky Sport"a müsahibəsində bildirib. 

O qeyd edib ki, şahmatın aludəçisi olub: "Demək olar ki, hər gün onlayn şahmat oynayıram. Orada adımı göstərmirəm. Daha doğrusu, bəzən göstərirəm və rəqəm yazıram. Onda məndən soruşurlar ki, sən həqiqi Məhəmməd Salahsan? Mən təsdiq edirəm. Amma onda bildirirlər ki, yalan danışırsan. Mən isə deyirəm, hə, yalan söyləyirəm".

Salah şahmatı necə oynaması barədə də danışıb: "Düzdür, Maqnus Karlsen deyiləm, amma yaxşı oynayıram. Maqnusla qarşılaşmada heç kimin qalib gəlmə şansı yoxdur, amma ümid edirəm, biz bir dəfə oynayarıq".

Qeyd edək ki, Salah onlayn şahmat reytinqində 1400 xal toplayıb.

Seçilən
132
teleqraf.com

1Mənbələr