Bakı. Trend:
Ermənistan və Azərbaycan növbəti 15 gün ərzində sülh sazişiimzalaya bilər.
Trend çərşənbəaxşamı erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistanparlamentinin spikeri Alen Simonyan brifinqdə deyib
"İstək olarsa sülh sazişi növbəti 15 gün ərzində imzalana bilər.Demək olar ki, bütün prinsipial məsələlər üzrə razılıq əldəetmişik. Prosesə xələl gətirməmək üçün təfərrüatı açıqlamaqistəmirəm", - o deyib.
Qeyd edək ki, bir qədər əvvəl Ermənistanın Xarici İşlərNazirliyi Azərbaycan tərəfinin sülh sazişi üzrə növbəti təklifinəcavab verdiyini bəyan edib.
Bəyanatda Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın18-də Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətindədiplomatik səylərin gücləndirilməsi ilə bağlı açıqlamasından sonraErmənistan tərəfinin sülh sazişi üzrə altıncı təkliflər paketiniAzərbaycana təqdim etdiyi və bundan əvvəl bəyan olunmuş prinsiplərəsasında münasibətlərin normallaşdırılmasına dair sənədiyekunlaşdırmaq və imzalamaq öhdəliyinə sadiq olduğu deyilir.
Xatırladaq ki, noyabrın 18-də Ermənistanın baş naziri NikolPaşinyan İrəvanda ATƏT Parlament Assambleyasının payız sessiyasınınaçılış mərasimində Azərbaycan və Ermənistanın sülh sazişinin əsasprinsipləri üzrə razılığa gəldiyini bildirib.