AZ

Bakı-Sumqayıt yolundakı ağır qəzada 6 nəfər yaralanıb, 4-nün vəziyyəti ağırdır

Bakı-Sumqayıt şosesində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər yaralanıb. Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Belə ki, yaralılardan dördünün vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə, digər ikisi isə travma şöbəsinə yerləşdirilib. 06:25 Bakı-Sumqayıt şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hərəkətdə olan “Ford Tranzit” markalı avtomobil yolun kənarındakı beton maneəyə çırpılıb. Hadisə yerinə təcili tibbi yardım avtomobilləri və polis əməkdaşları cəlb olunub. İlkin məlumata görə, qəza nəticəsində azı dörd nəfər xəsarət alıb, bir nəfər isə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. (Report.az)

Seçilən
46
27
bizimyol.info

10Mənbələr