"Rolling Stones" rok qrupunun əfsanəvi solisti 80 yaşlı Mik Caqqer kiçik oğlu Deverauxun yeddi yaşını qeyd edib.
Kulis.az xəbər verir ki, M. Caqqer və36 yaşlı sevgilisi Melani Hamrik Deverauxun yeni yaşını sosial şəbəkədə paylaşdıqları ailə fotoları ilə qeyd ediblər.
Hamrik paylaşımlarda qeyd edib: "Doğum günün mübarək, şirin, enerjili, ağıllı və gözəl Devi! İnana bilmirəm ki, sənin 7 yaşın olur! Biz səni hər şeydən çox sevirik! Sən mənim günəşimsən".

Qeyd edək ki, Deveraux solistin səkkizinci övladıdır.
