AZ

"Buriram Yunayted" məğlub oldu, Şeydayevin susqunluğu davam edir

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” Tailand çempionatında növbəti oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə "Port MTİ" ilə qarşılaşıb. Görüş "Buriram Yunayted"in məğlubiyyəti ilə başa çatıb - 1:4.

Şeydayev bu görüşdə start heyətdə meydana çıxıb və 52-ci dəqiqədə əvəzlənib.

"Buriram Yunayted" çempionatda 14 turdan sonra 21 xalla 4-cü sıradadır.
Seçilən
188
futbolpress.az

1Mənbələr