Bakı. Trend:
Azərbaycan Respublikasının əsas hissəsini Naxçıvan MuxtarRespublikası ilə birləşdirən avtomobil yolunun İran İslamRespublikası ilə bağlantısı və Araz çayı üzərində körpününtikintisi işləri icra olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA)Trend-ə verilən məlumata görə, Azərbaycan RespublikasıPrezidentinin Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolununİran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərindəkörpünün tikintisi işlərinin davam etdirilməsi ilə bağlı tədbirlərhaqqında Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yollarıdövlət Agentliyi tərəfindən ərazidə tikinti işləri davametdirilir.
Qeyd edilib ki, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobilyolunun İran İslam Respublikası ilə bağlantı yolu və Araz çayıüzərində körpü layihəsi Horadiz – Cəbrayıl – Zəngilan – Ağbəndavtomobil yolunun 111.8 km-dən ayrılır.
Qeyd olunan layihə üzrə inşa edilən 7.2 kilometrlik 1 dərəcəlibağlantı avtomobil yolunda süni qurğuların (istinad divarları,müxtəlif diametrli borular, düzbucaqlı borular, keçidlər və betonküvetlər) və torpaq yatağının tikintisi davam etdirilir. Görülmüşişlərin fiziki tərəqqisi 80% təşkil edir.
Layihə çərçivəsində Araz çayı üzərində uzunluğu 374 və eni isə27.6 metr təşkil edəcək avtomobil körpüsünün inşasına da startverilib. 4 hərəkət, 2 təhlükəsizlik və ayrıcı zolaqlardan ibarətolmaqla hər bir istiqamətdə üzrə körpü üzərində 2.8 metr enindəpiyada səkilərinin inşası da nəzərdə tutulub.
Hazırda ərazidə körpünün dayaq svaylarının vurulması və svaybaşlıqlarının qurulması işləri davam etdirilir. Bu işlər üzrətərəqqi 10% təşkil edir.
“İran İslam Respublikasının ərazisindən keçməklə AzərbaycanRespublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MuxtarRespublikası arasında yeni kommunikasiya bağlantılarınınyaradılması haqqında Anlaşma Memorandumu” çərçivəsində inşa edilənavtomobil körpüsü iki ölkə ərazisindən keçən tranzityükdaşımalarının artımına və Naxçıvan Muxtar Respublikasınagediş-gəlişin asanlaşdırılmasına xidmət göstərəcək. Tikiləcək,avtomobil körpüsünün gündəlik buraxılış qabiliyyəti 1100 ədədyük-nəqliyyat vasitələrinin təşkil edəcəkdir.