AZ

Azərbaycan Premyer Liqası: “Səbail” – “Zirə” matçı qolsuz yekunlaşıb

Azərbaycan

Bakı, 22 yanvar, AZƏRTAC

Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Zirə” “ASCO Arena”da “Səbail”in qonağı olub. Qarşılaşmada qapılara qol vurulmayıb.

Bu nəticədən sonra xallarını 30-a çatdıran “Zirə” yenidən ikinci pilləyə yüksəlib. “Dənizçilər” isə 27 xalla 5-ci sırada qərarlaşıb

Günün digər matçında “Kəpəz” Qəbələdə “Turan Tovuz”u qəbul edəcək. Bu görüş saat 17:30-da start götürəcək.

Qeyd edək ki, turun açılış oyununda “Sabah” və “Neftçi” komandaları qolsuz sülhə razılaşıblar. Tura yanvarın 23-də keçiriləcək “Qəbələ” – “Sumqayıt”, “Qarabağ” – “Araz-Naxçıvan” matçları ilə yekun vurulacaq.

Seçilən
144
49
azertag.az

10Mənbələr