AZ

Rəqabət Komissiyası yaradılacaq

Rəqabət Komissiyası yaradılacaq.

Marja.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” fərmanda əksini tapıb.

Nazirlər Kabineti 4 ay müddətində Rəqabət Komissiyasının yaradılması, tərkibi, rəqabət komissiyası tərəfindən işlərə baxılması və qərarların qəbul edilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqləməlidir.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. Qanun 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.  Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi qüvvəyə mindiyi gündən “Antiinhisar fəaliyyəti haqqında, “Haqsız rəqabət haqqında” və “Təbii inhisarlar haqqında” qanunlar ləğv ediləcək.

Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının Qanunu Ətraflı

 

Seçilən
27
50
marja.az

10Mənbələr