Bakı. Trend:
Nazirlər Kabineti “Malların risk qruplarının təyin edilməsimeyarları”nın təsdiq edib.
Trend-in xəbərinə görə,İqtisadiyyat Nazirliyi bu qərardan irəli gələn məsələləri həlletməlidir.
Malların risk qrupları maldan yarana biləcək təhlükələr nəzərəalınmaqla, aşağıdakı meyarlar əsasında təyin edilir:
- mexaniki təhlükə;
- boğulma təhlükəsi;
- elektrik cərəyanının vurma təhlükəsi;
- istilik və ya yanğın təhlükəsi;
- yanığa səbəb ola biləcək termal təhlükə;
- kimyəvi təhlükə;
- mikrobioloji təhlükə;
- səs və ultrasəs təzyiqi nəticəsində yarana biləcəktəhlükə;
- radiasiya təhlükəsi;
- partlayış təhlükəsi;
- malın növündən (funksional təyinatından) asılı olaraq yaranabiləcək təhlükə;
- maye təzyiqi nəticəsində yarana biləcək təhlükə;
- lazer mənbələrindən yarana biləcək təhlükə;
- emal texnologiyalarının son istifadə müddəti;
- malın son istifadə müddəti;
- təhlükənin zərər vura biləcəyi obyektlər;
- obyektlərə vurula biləcək zərərin təsviri;
- zədə ssenarisi.
Meyarların tətbiqi zamanı aşağıdakılar nəzərə alınır:
- malın yarada biləcəyi təhlükə ilə bağlı elmi-texnikiməlumatlar;
- həssas istehlakçı qrupları nəzərə alınmaqla, maldan yaranabiləcək təhlükənin ağırlıq dərəcəsi;
- maldan yarana biləcək təhlükə barədə dövlət orqanlarından(qurumlarından), bələdiyyələrdən, fiziki və hüquqi şəxslərdən daxilolan məlumatlar;
- malın qablaşdırılmasından yarana biləcək təhlükə;
- texniki reqlamentlər qüvvəyə minənədək həmin reqlamentlərinəhatə etdiyi mallara dair standartların, həmçinin uyğunluğunqiymətləndirilməsi ilə bağlı müddəaları müəyyən edən normativhüquqi aktların tələbləri.