AZ

Rasim Balayev: “Vətəndaşların seçkilərdə fəal iştirakının səbəbi Prezidentə olan sevgi və etimaddır”

“Xəzər rayonu Şüvəlan qəsəbəsi 156 saylı məktəbdə yaradılmış seçki məntəqəsində səs verdim. Seçici fəallığı yüksək idi, növbə var idi. Əvvəlki illərdə bu qədər növbə görməmişdim”.  

Bunu Demokrat.az-a açıqlamasında Xalq artisti Rasim Balayev deyib. Aktyor əhalinin seçkilərdə fəallığını yüksək qiymətləndirib:

“Hələ belə seçki görməmişdim. Həmişə gedirdim bir nəfər, iki nəfər... Düzdü, məni tanıdıqları üçün növbəsiz buraxdılar, amma gözləyənlər çox idi. 10-12 nəfər müşahidəçi əyləşmişdi, amma bilmirəm aralarında xaricilər var idi, ya yox. Dedim, bunlar kimdi, dedilər müşahidəçilərdi... 

Düşünürəm ki, vətəndaşların seçkilərdə fəal iştirakının səbəbi cənab Prezidentə olan sevgi və etimaddır”.

Törə Zeynallı
Demokrat.az
Seçilən
95
demokrat.az

1Mənbələr