AZ

“Arsenal” Premyer Liqa tarixində ilkə imza atdı

Mikel Artetanın rəhbərlik etdiyi London \"Arsenal”ı İngiltərə Premyer Liqasının 26-cı turu matçında \"Nyukasl”ı hər hissədə vurduğu iki qol sayəsində darmadağın edib (4:1).

Məlumata görə, \"topçular” Premyer Liqa tarixində ardıcıl yeddi hissədə iki və daha çox qol vuran ilk komanda olub.

Bu qol seriyası fevralın əvvəlində baş tutan \"Liverpul”la (3:1) görüşün ikinci hissəsində başlayıb, daha sonra \"Vest Hem Yunayted” (6:0) və \"Börnli” (5:0) ilə oyunlarda davam edib.

Hazırda İngiltərə Premyer Liqasında keçirilən 26 matçdan sonra \"Arsenal” 58 xalla üçüncü pillədə qərarlaşıb. Turnirin növbəti oyununda komanda \"Şeffild Yunayted”lə qarşılaşacaq.
Seçilən
83
50
azxeber.com

10Mənbələr