"Türkiyə qlobal güc olma yolunda sürətli addımlar atdır. Türkiyə qardaş Azərbaycanla Qarabağda çiyin-çiyinə dayanır".
Publika.az "Haber Global"a istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Adanadakı Vağzal meydanında keçirilən mitinqdə çıxış edərkən deyib.
“Türkiyə xarici siyasətdə Avropadan təriflər almaq üçün çalışmır, regional güc olmaqdan daha çox qlobal güc olmaq yolunda sürətli addımlar atır. Biz Liviyada və Qarabağdayıq. Türkiyə qardaşları ilə əl-ələ, çiyin-çiyinə dayanır. Xarici siyasətdə artan nüfuzumuzun arxasında güclü müdafiə sənayesi dayanır. Müdafiə sənayesində xarici asılılığımız azaldıqca, xarici siyasətdə effektivliyimiz artır. Biz vəzifəyə gələndə 80 faiz başqalarından asılı idik. Xarici siyasətdə biz Avropadan “afərin” almağa çalışmaqdan, bütün dünyada düzgün və ağıllı mövqeyi ilə təqdir olunan bir ölkəyə çevrildik”, - deyə dövlət başçısı vurğulayıb.
O, bildirib ki, Türkiyə müdafiə sənayesi sahəsində sözün əsl mənasında dastan yazır.