Apple-ın 2025-ci ilin sonunda çıxması gözlənilən iPhone 17 və iPhone 17 Plus modellərinin giriş modellərində ekran yeniləmə sürətlərini nəhayət artırdığını görə bilərik.Olaylar.az xəbər verir ki, iPhone 17 və iPhone 17 Plus 120Hz ProMotion displeyləri ilə buraxıla bilər. Digər tərəfdən, bu ilin sonunda satışa çıxarılacaq iPhone 16 və iPhone 16 Plus modellərinin 60Hz ekrana sahib olacağı gözlənilir.Displey analitiki Ross Youngchr("39")a görə, bu ilki iPhone 16 Pro modelləri 19,6:9 nisbətində daha uzun olacaq. Qurğuların ekran ölçülərinin müvafiq olaraq 6,12 və 6,69 düymdən 6,27 və 6,86 düymədək artacağı gözlənilir. Ekran ölçüsü ilə yanaşı, batareya tutumlarının da dəyişməsi gözlənilir. Əvvəlki məlumata görə, iPhone 16 modeli 3561 mAh; iPhone 16 Plus modeli 4006 mAh, iPhone 16 Pro Max modeli isə 4676 mAh batareyaya sahib olacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta