AZ

"Real" futbolçuları klub televiziyasının işindən narazıdırlar

style='margin-bottom:10px;'>

"Real" oyunçuları, həmçinin baş məşqçi Karlo Ançelotti vaxtaşırı hakim səhvlərinin təhlilinə həsr olunmuş videoçarxlar dərc edən Madrid təmsilçisinin televiziyasının işindən narazıdırlar. 

QOL.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Bildirilib ki, hakimlərin işini təhlil edən yeni videonun yayımlanmasından sonra “Real” ətrafında yaranan neqativlik futbolçularda gərginlik hissi yaradır. Onlar hesab edirlər ki, bu cür videolara görə kluba əlavə, lazımsız təzyiqlər edilir.

Qeyd edək ki, "Real" La Liqada 65 xalla 1-ci pillədə qərarlaşıb.

Seçilən
137
1
teleqraf.com

2Mənbələr