AZ

"Məhkəmə ədalətli qərar verdi" - "Nikosayağı”nın atası

Xəbər verdiyimiz kimi, "Nikosayağı” ləqəbi ilə tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə Nicat Şakirli cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.Bloqerin atası, tanınmış nevropatoloq Nafiz Mütəllimov AzVision.az -a açıqlamasında oğlu ilə bağlı məhkəmənin qəbul etdiyi qərarın ədalətli olduğunu bildirib:

"Dövlətin qəbul etdiyi qanunlar çərçivəsində məhkəmə qərar qəbul edib. Bu qərarla da razıyıq və apellyasiya şikayəti verilməyəcək. Nicat məhkəmənin qərarı əsasında cəzasını çəkəcək".

Qeyd edək ki, ötən ilin avqustunda N.Şakirli idarə etdiyi "Porsche" markalı avtomobillə yük maşınına (TIR) çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ qolu dirsəkdən amputasiya olunub.

Aytən Zəhra
AzVision.az

Seçilən
27
14
azvision.az

10Mənbələr