Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Reoprt"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Zizik kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Toyota Prado” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq elektrik dirəyinə, daha sonra fərdi yaşayış evinə çırpılıb.
Hadisə zamanı Məmmədov Rəşid, Mustafayev Rövşən, İsayev Elmin, Mustafayev Rizvan və Xələfov Şəmsəddin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Avtomobil isə yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.