AZ

Silahların təhvili davam edir

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər. 
DİN mətbuat xidmətinin verdiyi məlumata görə, martın 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 1 qumbara, 14 tüfəng və 8 ədəd patron təhvil götürüblər. 
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində də tədbirlər davam etdirilib. Dünən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 tüfəng və 21 ədəd patron aşkar edilərək götürülüb.
P.ƏMİRCANOVXQ

Seçilən
177
5
xalqqazeti.az

10Mənbələr