"Yuventus" bir oyunçusu ilə müqavilənin müddətini uzatmağa qərar verib.
Offsideplus.az xəbər verir ki, söhbət Duşan Vlahoviçdən gedir. Turin təmsilçisi serbiyalı forvardla danışıqlara start verib.
Forvardın agenti Darko Ristiç bu məqsədlə Turinə yollanıb. Yeni müqavilə 2028-ci ilin yayına qədər olması nəzərdə tutulub. Tərəflər maaşla bağlı məsələni müzakirə edirlər.
Qeyd edək ki, Duşan 2022-ci ilin yanvarında "Fiorentina"dan "Yuventus"a 70+10 milyon avroya keçib.