AZ

Kameraların qarşısında qadının pulunu oğurladı: "Polis hələ də tapa bilmir" - ŞİKAYƏT - VİDEO

Abşeron rayonu ərazisində baş verən oğurluq hadisəsinin görüntüləri anbaan kameraya düşüb. Bu barədə zərərçəkmiş şəxsin oğlu redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. O bildirir ki, hadisə Abşeron Gənclər Şəhərciyində baş verib: "Tanımadığımız şəxs anamın pul kisəsini maşının üzərindən götürərək bloka daxil olub. Daha sonra liftə minərək kisənin içindəki pulları götürüb bayıra çıxıb. Bütün bunlar binaya quraşdırılmış nəzarət kameralarına qeyd olunub. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə, Abşeron rayon Polis İdarəsinə müraciət etmişik. Lakin polisdən deyirlər ki, araşdırma aparırıq. Oğurluğu edən şəxs isə azadlıqdadır" - deyə zərərçəkmiş şəxsin oğlu bildirib.

Ümid edirik ki, həmin şəxs tez bir zamanda tapılacaq və qanunvericiliyin tələblərinə uyğun şəkildə cəzalandırılacaq.

 

Leyla

Seçilən
159
1
avtosfer.az

2Mənbələr