AZ

DGK-nın Tibbi Xidmət İdarəsi və 1 nömrəli Bakı Tibb Kolleci arasında əməkdaşlıq memorandumu imzalanıb

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və Səhiyyə Nazirliyi 1 nömrəli Bakı Tibb Kolleci arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a verilən xəbərə görə, memorandumu Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov və 1 nömrəli Bakı Tibb Kollecinin direktoru Nailə Əliyeva imzalayıblar.

 

Sənədə əsasən 1 nömrəli Bakı Tibb Kollecinin orta tibb işçilərinin peşə vərdişlərinə daha yaxşı yiyələnməsi üçün Mərkəzi Gömrük Hospitalında təlimlərin keçirilməsi, birgə sertifikatlaşdırılmış tibbi təlim kurslarının və elmi-təcrübi konfransların keçirilməsi, tədqiqatlarla bağlı birgə layihələrin işlənilməsi, müştərək seminar, ümumi konfrans, simpozium, o cümlədən sosial, xeyriyyə və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub. 

 

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Mərkəzi Gömrük Hospitalı yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarını mütəmadi olaraq genişləndirməkdədir.

Seçilən
126
1
aztibb.az

2Mənbələr