AZ

Neft Daşlarında dalğanın hündürlüyü 3.6 metrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 17-si saat 13:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi bəzi yerlərdə güclü şimal-qərb küləyi əsir.

Küləyin maksimal sürəti arabir Naftalanda 30 m/s, Mingəçevirdə 26 m/s, Ağstafada 20 m/s, Yevlaxda 15 m/s, Bakıda və Abşeron yarımadasında isə 25-30 m/s-dək güclənib.

Neft Daşları stansiyasının verdiyi məlumata əsasən dalğanın hündürlüyü 3.6 metrə çatıb.

Seçilən
220
41
apa.az

10Mənbələr