AZ

Gürcü “Napoli”yə, türk isə “İnter”ə qələbə qazandırdı - VİDEO

Futbol üzrə İtaliya A Seriyasında IX turun oyunları keçirilir.Oxu.Az xəbər verir ki, son çempion “Napoli” səfərdə “Verona”nı üstələyib - 1:3.Neapolluların qollarını Matteo Politano və dubl edən Xviça Kvaratsexeliya vurublar. Meydan sahiblərinin heyətində Darko Lazoviç fərqlənib.Xallarını 17-yə çatdıran “Napoli” beşinci pillədədir. “Verona” səkkiz xalla 16-cıdır.“İnter”isə “Torino” ilə səfər oyununda böyük hesablı qələbə qazanıb - 0:3. Markus Türamın hesabı açdığı qarşılaşmada digər qolları Lautaro Martines və penaltidən Hakan Çalhanoğlu vurublar.Xallarını 22-yə çatdıran “İnter” birinci pilləyə yüksəlib. “Torino” doqquz xalla 14-cüdür.Faiq Tahirov

Seçilən
196
29

10Mənbələr