Men ştatının səlahiyyətliləri Lyuiston şəhərində baş verən atışmada ölənlərin şəxsiyyətini müəyyənləşdirilib. Onlardan ən gənc qurbanın 14, ən yaşlısının isə 76 yaşı var idi.
APA-nın məlumatına görə, bu barədə mətbuat konfransında dövlətin İctimai Təhlükəsizlik Departamentinin rəhbəri Maykl Saşak bildirib.
“18 qurbanın hamısının şəxsiyyəti müəyyən edilib və baş verənlər barədə onların ailələrinə məlumat vermişik” – Saşak bildirib.